top of page

1 Mart 2017-ci il tarixində Oğuz şəhər 3№-li məktəb-liseydə VIII-XI siniflər arasında bilik yarışı keçirilmişdir.Yarışma sualları tarix, məntiq, idman, filmlər və s. mövzuları əhatə etmişdir.Yarışmanın I mərhələsində 10 komanda mübarizə aparmış və finala 4 komanda vəsiqə qazanmışdır.Finalda məktəbin XI t, X h və IX t sinfinin komandaları mübarizəyə  davam etmişdir.Yarışmanın 2-ci mərhələsində məktəbin XI t sinfinin komandası qələbə qazanaraq məktəb birincisi olmuşdur. XI t sinfinin şagirdlərini, sinif rəhbərini, müəllimlərini, xüsusilə Emin Əzimlini təbrik edirik.Yeni uğurlar arzu edirik. 

bottom of page