TARİX MÜƏLLİMİ
İstanbulda Ay və günəşin məscidi
Məşhur memar Sinan Xocanın sultan Süleymanın qızı Mihrimah xatuna ittihafən tikdiyi Mehrimah sultan məscidi 1542-1548 ci illərdə tikilmişdir.Mehrimah sözü farscadan tərcümədə günəş və ay anlamına gəlir. Memar Sinanın möhtəşəm dühası sayəsində tikilən bu memarlıq nümunəsinin bir hissəsində günəş batarkən digər hissəsində eyni vaxtda ayın doğduğu müşahidə olunur.hadisə yalnız aprel və may aylarında müşahidə olunur.
Turan taktikası və ya Qurd oyunu
Ac qurd sürüsünün tarixdən bəlli olan maraqlı bir ov taktikası vardır: Belə ki, qurd sürüsü iki dəstəyə ayrılar. Bir dəstə köpəklərin olduğu yerə hücum çəkər, ikinci dəstə pusquda durar. Köpəklərlə bir qədər savaşan birinci dəstə yenilmiş kimi görünüb qaçmağa başlayar. Köpəklər qurdları təqib edər. Bir qədər sonra ikinci dəstə hərəkətə keçər, Aypara şəklində köpəkləri əhatəyə alar. Bu zaman köpəklərin qurtuluş yolu qalmaz və belə olduqda ac qurdlar onları parçalayarlar.Qədim türklər qurdların bu döyüş taktikasından savaşlarda dəfələrlə istifadə etmişlər. Sonralar bütün türk dövlətləri döyüşlərdə «Turan taktikası» adlanan bu üsuldan istifadə etmişlər.
"Apple"-dişlənmiş alma haqqında bir neçə kəlmə
"Apple" bir kompüter şirkətidir. Bu şirkət 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılmışdır. Şirkətin emblemində olan dişlənmiş alma işarəsi hər zaman istehsalçıların diqqətini çəkmiş və maraq obyekti olmuşdur. Bəs nəyə görə bütöv yox, dişlənmiş alma? Mütəxəssislər bunu bir neçə variantda izah edirlər. Fikirlərdən biri budur ki, Stiv Cobs bu işarə ilə İncildə Adəm ilə Həvvanın cənnətdəki qadağan olunmuş alma əhvalatına diqqət çəkib. Mütəxəssislərin digər bir qismi isə emblemin ilk kompüterlərin atası sayılan, məşhur riyaziyyatçı Alan Turinqin rəqibləri tərəfindən zəhərli alma ilə öldürülməsinə ithaf edildiyi qənaətinə gəlmişlər.