top of page

Oğuz yurdu

       Qafqaz dağlarının əhatəsində gözəlliklər diyarı Oğuz

 

Oğuz gözəlliklər diyarı
SAF TƏBİƏTLİ DİYAR
DAĞLAR QOYNUNDA
HƏR FƏSİLDƏ GÖZƏL OĞUZ
BARLI BƏRƏKƏTLİ DİYAR
10269620_669929269709949_713694058430338947_n.jpg
945577_530581316978079_1464032462_n.jpg
11053248_901104136592460_5956439305558459441_n.jpg
734612_502359329800278_630399285_n.jpg
1897744_822966307739577_6902032732643574358_n.jpg

ŞƏKİLLƏRİN ÜZƏRİNDƏ VURARAQ BAXIN

 

Oğuz rayonu Böyük Qafqazın cənub yamacında yerləşir, şimaldan Rusiya Federasiyası(Dağıstan MR), şərqdən Qəbələ, qərbdən Şəki,cənubdan Ağdaş  rayonları ilə sərhəddir. Rayonun şimal hissəsində Baş Qafqaz silsiləsinin cənub yamacları, mərkəzi hissəsində Qanıx - Əyriçay vadisi, cənubunda isə Acınohur alçaq dağlığı əsas relyef formaları kimi ayrılır. 

Oğuz Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silahlar, daşdan hazırlanmış qadın heykəlləri və əşyalar tapılmışdır. Oğuz rayonu  8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1991-ci ilədək Vartaşen adlandırılmışdır. 1963-1965-ci illərdə Nuxa(Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen 1961-ci ilə qədər kənd olmuşdur. 1961-1968-ci illərdə ona şəhər tipli qəsəbə,1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. 1991-ci ilin fevral ayında Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz adlandırılmışdır. Oğuz qədim və zəngin tarixə malik bir bölgədir. Eramızdan əvvəl I əsrdə yaşamış, 17 kitabdan ibarət "Coğrafiya" əsərinin müəllifi, yunan coğrafiyaçısı Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar vermiş və göstərmişdir ki, Oğuzun da daxil olduğu indiki Şəki-Zaqatala zonası 20-25 əsr əvvəl abad və əhalisi sıx olan yaşayış yerləri olmuşdur. Görkəmli arxeoloq, Oğuz yetirməsi olan Saleh Qazıyevin 1956-1959-cu illərdə rayonun ərazisində apardığı arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu ərazidə neolit və eneolit dövrlərindən (yəni 6-7 min il bundan əvvəl) insanlar toplu şəkildə məskunlaşmışdır. Saleh Qazıyev 1948-ci ildə rayonun Vardanlı (indiki Kərimli) və Qarabaldır kəndlərindən cənubda qazıntı işləri aparmış ,qədim yaşayış yeri və qəbiristanlıq aşkarlanmışdır. Böyük alim qədim qəbirlərdən, daş qutu abidələrdən 2500-3000 il bundan əvvələ aid maddi-mədəniyyət nümunələrini aşkarlamışdır. Bunlardan bəzilərinin 5000 il tarixi kecmişi var. Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış qəbirlərdən öz uzunluğu ilə fərqlənən, qədim Oğuz tayfalarının "Kitabi Dədə Qorqud" dastanındakı boylarla səsləşən Oğuz qəbirləri bu gün də qalmaqdadır, XVIII əsrin ortalarında Şəki xanlığı 8 mahala bölünürdü ki, bunlardan ikisi- Padar və Xaçmaz mahalları indiki Oğuz rayonunun ərazisini əhatə edirdi. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun (1794-1847) "Gülüstani-İrəm" adlı tarixi əsərində Xaçmaz mahalının və rayonun Tərkeş kəndinin adı çəkilir. Ziya Bünyadov "Azərbaycan VII-VIII əsrlərdə" əsərində ərəb müəllifi Bəlazuriyə istinadən Filan şahlığının adını çəkir. Firidun Qədirov isə "Azərbaycanın şimal müdafiə istehkamları" adlı kitabında Ibn əl Fəqihə istinadən yazır ki, Sasanilər xəzərlərin hücumlarından qorunmaq məqsədilə Dərbənd və Dəryal dərəsi arasında 360-a qədər qala tikdirmişlər. Tədqiqatçıların fikrincə mənbələrdə qeyd olunan qalalar, ərazilər Oğuzun yerləşdiyi bölgəyə də uyğundur.

Tarixə qısa nəzər

  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page