top of page

Hörmətli tarix müəllimləri sizlərə dərslərinizdə asanlıqla istifadə edə biləcəyiniz Web 2 alətlərini təqdim edirəm.Hansı ki, dərslərinizdə sizə çox köməyi dəyəcək. Həmçinin buraya öyrədici videodərsi və özüm hazırladığım resursu da qoyuram.Buyurun istifadə edin.Onu da qeyd edim ki, bu resursları heç bir kursa getmədən, sərbəst şəkildə öyrədici dərslərdən istifadə edərək öyrənmişəm. Bunu siz də edə bilərsiniz. Unutmayın çalışmaq uğurun yarısıdır.

 

 

Glogster (http:// edu.glogster.com)

Glogster mənim çox sevdiyim web 2 alətidir. “Glog” yaxud surətlər, animasiyalar, səs yazıları,videoların olduğu plakatlar yaratmağa imkan verən web-plakat hazırlama proqramıdır. Bu proqram imkan verir ki, digərlərinin görməsi üçün bu glogları sayta yerləşdirsinlər, başqaları isə öz növbəsində bunları qiymətləndirmək, şərh  vermək və öz yaradıcılıq işləri ilə bunlara cavab vermək imkanına sahib olsunlar.

Digər bir çox sevdiyim web 2 aləti learningappsdir.Burada keçən ildən müxtəlif dərslər hazırlayıram.

Learningapps.orq onlayn olaraq müxtəlif testlərin, krossvordların, pazlların, intellektual oyunların və sairin yaradılması üçün mükəmməl bir alətdir.

http://learningapps.orq/

Əziz  müəllimlər burada siz onlayn test, maraqlı krassvord, müxtəlif obyektlərin görüntüsünü özündə əks etdirən pazllar və interaktiv oyunlar hazırlamaqla mövzunun interaktiv formada mənimsənilməsinə şərait yarada bilərsiniz.

 

 

crosswordlabsın köməyi ilə siz sadə və asan krossvord hazırlaya və dərslərinizdə istifadə edə bilərsiniz

 

 

Wikimapia- web xəritədir. Bu servisin əsas ideyası yer kürəsində hər bir obyekt haqqında dolğun informasiya verməkdir. Hər bir obyektələ bağlı şəkil və eyni zamanda obyektlə bağlı informasiya əlavə etmək imkanı var.Hörmətli tarix müəllimləri dərslərinizdə Wikimapia sizə əvəzsiz köməkçi olacaq

 http:// wikimapia.orq

 

 

Proprofs onlayn yoxlama sualları (quiz) hazırlamaq üçün ödənişsiz onlayn alətdir. Müəllimlər bu alətlər istifadə edərək istənilən mövzu üzrə onlayn, düzgün və ya  səhv cavabları onlayn olaraq analiz edə bilən suallar hazırlaya bilərlər.

www.proprofs.com saytında hesab açmaq üçün qeydiyyatdan keçmək lazımdır.

bottom of page