top of page

                     -Salam İlqar

                      -Salam Larisa

                      -Bu gün 20 yanvardır

                      -Bilirəm o dəhşətli gecədən 25 il ötür.

                      -Yaşasaydıq, indi artıq məktəbi bitirmişdik

                      -Hə, yəqin ki, indi yaxşı təhsil almış olardım

                      -Səni kim vurdu Larisa?

                      -Məni papağında 5 guşəli ulduz olan rus soldatı       vurdu. Bəs səni?

                      -Mənim də üzərimdən tank keçdi bu balaca bədənimi əzdi. Amma mən qorxmadım. Axı mən gələcəkdə əsgər olacaqdım.Vətənimi, torpağımı qoruyacaqdım.

                     -Görəsən indi də ordumuz dinc insanlara güllə atır?

                     -Yox, yox nə danışırsan?indi artıq Azərbaycan müstəqildir. Onun Milli Ordusu var. Düşmənə aman verməyən, torpaqlarımızı qoruyan. Sənin, mənim kimi uşaqları qoruyan.

                   -Hə, düz deyirsən. Bu müstəqilliyi biz qazanmışıq. Sən qazanmısan, mən qazanmışam. O gecə şəhid olmuş neçə-neçə qardaş bacılarımız qazanıb. Bu insanlara ərmağan etmişik. Üç rəngli bayrağı vətən göylərinə biz öz qanımızla ucaltmışıq.

                Bayraqları bayraq yapan üstündəki qandır

                Torpaq əgər uğrunda ölən varsa vətəndir 

  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page