top of page

MİLLİ MƏCLİSDƏ GƏNC MÜƏLLİMLƏRİN MÜKAFATLANDIRILMASI MƏRASİMİ KEÇİRİLMİŞDİR

Milli Məclisin Gənclər və idman komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin müəllimləri arasında “İlin gənc müəllimi” müsabiqəsi keçirilmişdir. “İlin gənc müəllimi” müsabiqəsi ikinci ildir ki, həyata keçirilir.  Ötən il müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, bu il isə  dahi Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur.

Cari ildə təşkil edilən müsabiqə 23 aprel-8 sentyabr tarixlərini əhatə etmişdir.  Ümumilikdə 3 mərhələdə keçirilən müsabiqədə müvafiq mərhələlər üzrə əvvəlcə 50, sonra 10 gənc müəllim mübarizə aparmışdır. Səsvermə ilə  I,II və III yerlərin qalibləri müəyyən edilmişdir.

Müsabiqənin məqsədi  mativasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini üzə çıxarmaq, tanıtmaq, gənc müəllimlərin cəmiyyətə faydalı fəaliyyətlərini qiymətləndirərək  onları daha da həvəsləndirməkdir.

Müsabiqədə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Kərimova Mətanət Elçin qızı da iştirak etmişdir. Əvvəlcə 50 müəllimdən, sonrakı mərhələdə 10 müəllimdən biri olan M. Kərimova 4-cü yerə çıxmışdır. Oktyabrın 3-də  Milli Məclisdə  deputatların, təhsil Nazirliyinin, Bakı şəhər Baş Təhsil idarəsinin  nümayəndələrinin, Azedu.az portalı əməkdaşlarının  iştirakı ilə  10 müəllimin  hamısının mükafatlandırılması mərasimi keçirilmişdir.  Əvvəlcə müəllimlər Milli Məclislə tanış olmuşlar. Daha sonra mərasim  gənclər və idman komitəsində davam etdirilmişdir. Mükafatlandırma mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, komitə üzvləri Şahin İsmayılov, Cavid Osmanov, Sevinc Hüseynova, Elşən Musayev, Təhsil Nazirinin müşaviri Elnur Məmmədov,  Bakı Şəhər Təhsil İdarəsinin təmsilçisi Bəşarət Məmmədov, Azedu.az portalının direktoru Elşad Eyvazlı  iştirak və çıxış etmişlər.   10 qalib müəllim  öz uğur hekayələrinin danışmışlar.

Daha sonra mükafatlandırma olmuşdur. 10 müəllimin hamısı pul mükafatı, təltifnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

Təhsildə "keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirə" müsabiqəsinin nəticəsində 1-ci dərəcəli diploma layiq görüldüm. Əziyyətimi dəyərləndirən hamıya dərin təşəkkürümü bildirirəm. Çəkilən heç bir zəhmət bəhrəsiz qalmır.

Qeyd: Pedaqoji mühazirənin mətniylə tanış olmaq üçün məqalələrim bölməsini izləyin.

 29 Dekabr 2015-ci il tarixində  “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  Müsabiqədə 2-ci dəfə iştirak edirdim.  "Təhsildə ən yaxşı İnternet texnologiyaları" nominasiyası üzrə təqdim etdiyim, müəllifi olduğum "Tarix müəllimi" saytı 2-ci yerə layiq görüldü. Bu mənimlə yanaşı həm də Tarix Müəllimi saytının istifadəçilərinin uğurudur. Sevindirici haldır ki, müsabiqənin fərqlənənləri arasında Oğuz rayon Yaqublu kənd orta məktəbinin müəllimi Vəfa Qurbanova da var .Müsabiqənin təşkilatçılarına və bütün iştirakçılara təşəkkürümü bildirirəm.

26 Dekabr 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Müsabiqəyə təqdim etdiyim Tarix müəllimi saytı müsabiqənin fərqlənmə diplomuna layiq görülüb. Nəticənin necə olacağından asılı olmayaraq elektron təhsil müsabiqəsinin fəaliyyətimə bir stimul verəcəyinə inanırdım. Münsiflər tərəfindən saytın   dəyərləndirilməsi, müəllimlik peşəsində yeni addımlayan bir müəllim üçün böyük uğurdur. 2015-ci ildə müsabiqənin qalibi olmaq diləyilə bütün iştirakçılara uğurlar arzulayıram.

bottom of page