top of page
mool_ordusu.jpg

Çindən Avropaya uzanan qara ölüm və ya  Cani sözünün mənası

Çindən Avropaya uzanan qara ölüm və ya  Cani sözünün mənası

 

     Tarix boyunca insanlar bir çox müharibələ görmüşdür. Mühərriklər müharibəsi, bioloji müharibə və s. Bu gün sizə tarixdə ilk bioloji müharibədən söz açacam. Gəlin öncə bioloji müharibənin nə olduğuna nəzər salaq. Virus, mikrob və bakteriya yolu ilə düşməni məhv etməyə yönəlmiş müharibə bioloji müharibə adlanır. 1331-ci ildə Çinin indiki Vuhan əyalətində ilk vəba xəstəliyi baş qaldırır. Bu xəstəlik əvvəlcə siçanlar arasında yayılsa da sonradan siçanlar vasitəsilə insana keçdi.

Çində baş vermiş bu pandemiya, sonralar Hindistana, Afrikaya və Avropaya yayılmışdı. Müalicəsi bilinməyən bu xəstəlik sürətlə yayılırdı. Xəstəliyə yoluxan insanların vücudu qara rəngə, ləkələrə  büründüyü üçün, bəzən qara ölüm də deyilirdi. Xəstəlik əsasən ticarət yolları vasitəsilə qərbə doğru yayılırdı. Xəstəlik günbəgün Avropaya yaxınlaşırdı. Amma Avropanın həmin dönəmdə daha böyük qorxusu vardı. Bu monqollar işğalları idi. Monqollar Avropanın qapısına çatırdı.İnsanı dəhşətə gətirən monqol ordularının başında isə taxt uğrunda hətta öz qardaşını belə öldürən Canı bəy dururdu. Monqollar Krımda yerləşən Kəfə şəhərini (Feodosiya) mühasirəyə alırlar. Kəfə ticarət limanı olaraq şöhrət qazanmışdı. Həmçinin ən zəngin liman şəhər idi. Ona görə də mühasirədə olmasına rəğmən qida təhcizatı ilə bağlı çətinliyi yox idi. Monqollar 3 aydan çox mühasirədə vaxt itirirlər. Bu zaman qoşunda həmin o dəhşətli xəstəlik, vəba yayılmağa başlayır. Canı bəy anlayır ki, şəhəri hücumla tuta bilməyəcək. Belə olanda ağlına insanlığa sığmayan daha bir fikir gəlir. Nə edir? Vəbadan ölən əsgərləri bir yerə toplayıb mancanağa qoyub atır şəhərin içərisinə. Ölü əsgərlər Canı bəyin silahına çevrilir.Beləliklə vəba Kəfə içərisində yayılmağa başlayır.Qeyd etdik ki, Kəfə liman şəhəri idi və şəhərdə Avropadan çoxlu tacir vardı. Onlar xəstəlikdən canlarını qurtarmaq üçün cəld şəhəri tərk edib, Avropaya yola düşürlər. Amma artıq tacirlər arasında virusa yoluxanlar var idi. Onlar özləri də bilmədən virusu ölkələrinə daşıyırlar. 1347-ci ildə Konstantinopolda, 1349-cu ildə xəstəlik artıq İngiltərədə idi. Bir neçə ilə əksər Avropa ölkərinə yayılır. Lakin özlərini qarantinə alıb ticarəti başqa ölkələrlə dayandıran və ölkələrində vəbaya rast gəlinməyən dövlətlər də olur. Bunlar Rusiya, İspaniya, Hollandiya, İslandiya kimi ölkələr idi. Ən dəhşətli vəziyyət İtaliyada idi. Italiyalı həkimlər xüsusi geyimlər geyinir, darçınlı, bitgilərlə dərmanlanmış masqalardan istifadə edir və xəstələri bir yerə toplayıb qapıları bağlayırdılar. Bununla da qismən xəstəliyin yayılmasının qarşısın almış olurdular. Beləliklə tarixdə həm də ilk karantin qaydası da tətbiq edilmiş olur. Bu xəstəlik nəticəsində hər 3 nəfərdən biri həyatını itirdi.Kəndlər, şəhərlər məhv oldu.1340-cı ildə Əhali 76 milyon idisə, 1450-də insan sayı 50 milyon idi.Parisdə 50 min, Londonda 100 min, Norveç əhalisinin üçdə iksini, Venesiya 70 faizini itirdi. Roma papası Avropa qitəsində insan itgisinin ümumi sayını 23 milyondan çox göstərirdi. Lakin orta əsr mənbələri virusun ümumi qurbanlarının 100 milyondan çox olduğunu qeyd edirdi.Yaş həddi isə 20 yaşdan aşağı düşdü. Daha 6 nəsil vaxt keçməsi lazım oldu ki, əhali sayı xəstəlikdən əvvəlki həddə çatsın. Beləliklə Avropaya bu xəstəliyi yayan şəxs Canı bəy oldu. Yalnız bir insanın atdığı addım insanlıq tarixinin faciəsi oldu. Öz adını ilk bioloji silahdan istifadə, insanlıqdan kənar hərəkət tarixinə yazdırdı. Həmçinin insanlıqdan kənar hərəkət edənlərə də bundan sonra cani adı verilməyə başlandı.

bottom of page