top of page

İlk snayperçi qadın

İzləmək üçün şəkili sağa çəkin.

 Ziba Qəniyeva 1923-cü ildə Şamaxıda anadan olmuşdur. O, 1940-cı ildə Moskvada Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olur. Amma başlayan müharibə onun arzularını yarımçıq qoyur. Müharibənin ilk günlərində yüz minlərlə gənc kimi Ziba da hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edir. Bir neçə gün sonra onun xahişi qəbul edilir və o  atıcılıq kurslarının müdaviminə çevrilir, bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edirdi.Böyük Vətən Müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən  “Qırmızı Bayraq” ordeni və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib.  

Sovet İttifaqı Qəhrəmanı adı almasına isə mane olan səbəb:

anasının repressiya qurbanı olması idi. Anası özbək idi və o XX əsrin 30-cu illərində repressiyaya məruz qalmışdı. Valideynləri Zibanın 14 yaşı olanda ağır sürgün illəri yaşamasın deyə ondan imtina etmişdi.

Böyük Vətən Müharibəsi illərində Ziba xanım, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlığa görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən  “Qırmızı Bayraq” ordeni və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilmişdir. 

Müharibə bitəndən sonra məşhur diplomat, SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurdu. Tarixlə yaxından maraqlanmağa başladı və şərqşünaslıq üzrə doktorluq dərəcəsi aldı. Ziba Qəniyeva 1955-1956-cı illərdə Bakı Ali Partiya Məktəbində dil və ədəbiyyat kafedrasının müdiri, 1956-cı ildən SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində işləyib. 

1945-ci ildə sovet kinosunun ekranlarına “Tahir və Zöhrə” adlı bir film çıxır. XV əsrdə indiki Özbəkistan ərazisində Teymuri sülaləsi zamanı yaranmış xalq dastanının motivləri əsasında çəkilən bu filmin rejissorları Nəbi Qəniyev və Yuldaş Aqzamovdur. O, bu filmdə  İran şahzadəsi rolunu oynamışdır. Ziba xanım 2010-cu ildə vəfat etmişdir.

bottom of page