top of page

MÜSTƏQİLLİYİMİZİN 25 YAŞI

tarixmuellimi

Azərbaycanın dövlət müstəqilliyini qazanmasından 25 il ötür. Düz 25 il əvvəl azadlığı şəhidlərimizin bu torpağa tökülən qanları hesabına qazandıq. Müstəqilliyimizi bu torpağı, azadlığı özündən, canından çox dəyərləndirənlərin sayəsində qazandıq. Azərbaycan XX-əsrin 90-cı illərində yenidən öz müstəqilliyini bərpa etdi. Bu çətin və təaltümlərlə dolu bir zaman idi. Müstəqilliyə aparan yol 1988-ci ilin payızında başladı. Xalqın təkidi ilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası "Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bununla Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olundu. Dekabrın 29-da referendum keçirildi. Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1992-ci ildə Milli Məclis Azərbaycan Respublikasının Dövlət Himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. Azərbaycanın dövlət müstəqilliyini ilk dəfə olaraq qardaş Türkiyə Respublikası, Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya Federasiyası və başqa dövlətlər tanıdı. 1993-cü ilin əvvəllərində Azərbaycanın Dövlət müstəqilliyini 116 dövlət tanımış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi.

58 görüntüleme0 yorum
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page