TARİX MÜƏLLİMİ
MƏKTƏB TƏDBİRLƏRİ ARXİV
şəkillərin üzərinə vurmaqla böyüdərək baxa bilərsiniz.
27 Aprel 2016-cı il tarixində Oğuz şəhər 3№-li məktəb liseydə "Tariximizi Öyrənirik" adlı bilik yarışı keçirilmişdir. Yarışda 8 T sinfinin "Tarixin fəthi", 9 H sinfinin "Yuli Sezar", 9 T sinfinin "Atropat", 10 H sinfinin "Lider", X T sinfinin "O olmasın" və "Bu olsun" komandaları, XI H sinfinin "Qarabağ", XI T sinfinin "De-fakto" və "De-Yure" komandaları iştirak etmişdir.Yarışma 2 mərhələdə keçirilmişdir. Final mərhələsinə 4 komanda vəsiqə qazanmışdır. 9,10 və 11-ci siniflərin komandaları bilik yarışının son mərhələsində maraqlı oyun nümayiş etdirmişlər. Yarışın qalibi X T sinfinin "O Olmasın" komandası olmuşdur. Münsiflər məktəb-liseyin direktoru Elxan Bilalov, məktəbin tarix müəllimləri Rizvanov Maqsud, İsrafilov Elnur, Həmidov Cavid komandaları qiymətləndirmişlər.Yarışın qalibi X T sinfinin "O olmasın" komandası olmuşdur.
şəkillərin üzərinə vurmaqla böyüdərək baxa bilərsiniz.
18 Dekabr 2015-ci il tarixdə Oğuz şəhər 3 №-li məktəb-liseydə General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Məktəbimizin şagidləri ədəbi bədii kompozisiya ilə çıxış etmişlər.Generalın ömür yoluna nəzər salınmış, geniş fəaliyyəti barədə məlumat verilmişdir.Tədbirdə müəllimlər, şagirdlər və təhsil şöbəsinin əməkdaşları iştirak etmişlər.
şəkillərin üzərinə vuraraq baxın
General Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə Oğuz şəhər 3 №-li məktəb-liseydə tədbir keçirilmişdir.Tədbirdə məktəbin 7, 7 T və 10 T sinif şagirdlərinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusuna həsr olunmuş ədəbi bədii kompozisiya təqdim edilmişdir.Generalın döyüş yoluna nəzər salınmış, şeirlər, marşlar səslənmişdir.
"Müstəqilliyimiz əbədidir" adlı tədbirdən
Məktəb tədbirlərinin fəal iştirakçısıyıq.
Tarix baba və nəvələri
(Məktəbimizdə keçirilən tarix gecəsi üçün 2012)
Tarix baba və nəvələri.
Bir gün qocaman tarix baba,
Yığdı nəvələrini başına.
Nəvələr yaman səs-küy saldı,
Elə heeey harayladı.
Sözə başladı numizmatika.
Dedi:
- Mən babamın sevimli nəvəsiyəm
Pulları öyrənirəm, tarix babamın dövlətli nəvəsiyəm.
Sözə başladı Heraldika:
- Eheyyy dayan görək bir!
-Bu sözü deyən kimdir?(uşaqlar birgə)
-Mənəm heraldikayam,
Möhür, emblemləri öyrənir mənim adım.
Sevimli nəvəsiyəm mən bu tarix babamın.
-Yox əşşi bir dayanın.
Səsimi çıxarmıram elə bilirsiz yoxam?
Arxeologiyadır adım.
Torpağın dərinindən
Tarix çıxardıram mən.
Deməli, ən sevimli nəvə də elə mənəm.
-Mən də olmasam axı, ay arxeologiya qardaş
Sən necə öyrənərsən insan skeletini?
Adım antropologiyadır.
Araşdırma obyektim bilin ki, insanlardır.
Sözə başlayır etnoqrafiya:
-Nədir, nə səs-küydür bu?
Mənsiz siz kim olursuz?
- Sən də kimsən ay bacı?(uşaqlar birgə soruşur)
- Mənəm etnoqrafiyayam,
Xalqlar mənim peşəmdir.
Öyrənirəm xalqları, bu dünyada nə ki var
xalqların tarixini.
Baaax babam da çox sevir mənim kimi nəvəni.
Xronologiyayam men,
Ardıcıllıqdır peşəm.
Hadisə və faktları
Mən bu cür öyrənirəm.
Hesablamağa başım
yaman qarışıb menim.
Elə bilirsiniz ki,
boş yerə dillənmirəm?
Tarix baba dinlədi bir-bir nəvələrini.
Sonra gülümsəyərək dedi məsləhətlərini:
-Ey mənim nəvələrim,
sizlərin hər birini mən yaman çox sevirəm.
Mənim əzizlərimsiz, heç mən sizi seçərəm?
Baxııın əldə 5 barmaq, hamısı da əzizdir.
Bir evin dirəyiyik.
Bu elmi biz birlikdə
Şagirdlərə öyrədirik.
Mən sizin tarix baba, siz mənim nəvələrim.
Hamınızı sevirəm, ay mənim əzizlərim!
Müəllif: M.Kərimova
şəkillərin üzərinə vurmaqla böyüdərək baxa bilərsiniz.
21 may 2016-cı il tarixində Oğuz şəhər 3 N-li məktəb-liseydə 8-ci siniflər arasında "1 İNCİ" adlı bilik yarışı keçirilmişdir. Bilik yarışında məktəbin 8-ci sinifi qalib gələrək fəxri fərmanla təltif edilmişdir.
şəkillərin üzərinə vurmaqla böyüdərək baxa bilərsiniz.
31 mart 2016-cı il tarixində Oğuz şəhər 3 N-li məktəb-liseydə 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür mövzusunda dəyirmi masa təşkil edilmişdir. İştirakçılar 31 mart azərbaycanlıların soyqırımına həsr edillmiş video filmi izləmiş və kitab sərgisi ilə tanış olmuşdur.
07 may 2015-ci il tarixdə Oğuz şəhərində ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Asfalt Üzərində Rəsm Müsabiqəsi",Kross və Velosipedçilərin yarışı keçirilmişdir."Asfalt üzərində rəsm müsabiqəsi"ndə" rayonun 32 ümumtəhsil məktəbinin istedadlı şagirdləri onlara ayrılmış vaxt ərzində müxtəlif mövzularda rəsm işləri hazırlamışlar.Bu işlər arasında I Avropa Oyunlarına,tariximizə,mədəniyyətimizə həsr olunmuş mövzular üstünlük təşkil etmişdir.
Oğuz şəhər 3 №-li məktəb-liseydə Faşizim üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Oğuz şəhər 3 №-li məktəb-liseyin 4-cü sinif şagirdləri maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişdir.
Şəkilləri böyüdərək baxın
Şəkilləri böyüdərək baxın
Oğuz Rayon Gənclər və İdman idarəsi Gənclər Gününə həsr olunmuş tədbir təşkil etmişdir. Tədbirdə rayonda müxtəlif sahələrdə çalışan gənclər və məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Oğuz gənclərinin nailiyyətlərindən danışılmış və fərqlənən gənclərin bir qrupuna hədiyyələr təqdim edilmişdir. Məktəblilərin və mədəniyyət işcilərinin iştirakı ilə əyləncəli proqram təqdim olunmuşdur.
Azadlığa aparan yolun yolçuları-şəhidlər
Oğuz şəhər 3№-li tam orta məktəb-liseydə xalqımızın hüzn və şərafət gününə həsr olunmuş tədbir keçirilmişdir.
7-ci sinif Azərbaycan tarixi dərsliyində IX-XI əsrlərdə Azərbaycan mədəniyyəti mövzusunu keçən 7 t şagirdləri maraqlı təqdimat hazırlamışdılar."Zəngin ədəbi nümunəmizin sorağı ilə" başlığı altında şagirdlərimin təqdim etdikləri səhnəciklərdən bəzi səhnələri sizlərə təqdim edirəm.Təqdimatın maraqlı ideyaları var idi."Şər xeyirə qalib gələ bilməz", "Güc birlikdədir", "Sülh elçiləri". Bütün bunları şagirdlər sərbəst şəkildə, böyük həvəslə təqdim edirdilər.Sizinlə qürur duyuram uşaqlar.
7-ci sinif Azərbaycan tarixi dərsliyində IX-XI əsrlərdə Azərbaycan mədəniyyəti mövzusunu keçən 7 t şagirdləri maraqlı təqdimat hazırlamışdılar."Zəngin ədəbi nümunəmizin sorağı ilə" başlığı altında şagirdlərimin təqdim etdikləri səhnəciklərdən bəzi səhnələri sizlərə təqdim edirəm.Təqdimatın maraqlı ideyaları var idi."Şər xeyirə qalib gələ bilməz", "Güc birlikdədir", "Sülh elçiləri". Bütün bunları şagirdlər sərbəst şəkildə, böyük həvəslə təqdim edirdilər.Sizinlə qürur duyuram uşaqlar.