top of page

Şuşanın dağları başı dumanlı........

tarixmuellimi

şuşa 1.jpg

Pənahəli xan Cavanşir 1748-ci ildə Qarabağ xanlığının əsasını qoymuşdur. Xanlığın müdafiəsini gücləndirmək məqsədilə 1748-ci ildə Bayat və 1751/52-ci ildə salınmış Şahbulaq qalalarını tikdirmişdir. Lakin etibarlı olmadığını görən Pənahəli xan dağların içində, möhkəm və keçilməz yerdə … əbədi və sarsılmaz qala tikdirmək qərarına gəldi. Xanlığın mərkəzi hələ Şahbulaq qalasında olarkən dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşən əlçatmaz dağ yaylasında yeni şəhər-qalanın tikinti işlərinə başlanıldı. Əhalinin təhlükəsizliyi üçün zəruri işlər görüldükdən sonra 1757-ci ildə Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şahbulaq qalasından yeni salınmış şəhər-qalaya köçürdü. İlk vaxtlar bu ərazi Pənahabad daha sonra isə havasının saf şüşə kimi təmiz olmasına görə Şuşa adlandırıldı. Şəhər üç tərəfdən sıldırım qayalarla, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş, uzun müddət alınmaz qala kimi şöhrət qazanmışdı. Şuşanın ən böyük məhəlləsi Təbrizli məhəlləsi adlanmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edirdi.

XVIII əsrin ikinci yarısı Şuşa şəhəri dəfələrlə hücumlara məruz qalsa da, düşmən qarşısında baş əyməmiş, özünün alınmaz qala olduğunu sübut etmişdi. 1757-ci ildə Məhəmmədhəsən xan Qacar(məşhur Xatın Arxı döyüşü) 1759-cu ildə Fətəli xan Əfşar, 1795-ci ildə Ağa Məhəmməd xan Qacar kimi məşhur sərkərdələr də Şuşa şəhərini ala bilməmişdilər. Şuşa uzun müddət Qarabağın inzibati mərkəzi olmuşdur. Bu ərazi çox mühüm iqtisadi mərkəz idi. Əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu ticarət dükanı və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib istifadəyə verilmişdi.

Şuşa Qafqazın mühüm ticarət mərkəzi idi.Tacirlər Şuşaya Dərbənddən, Şəkidən, Bakıdan, Naxçıvandan müxtəlif məhsullar gətirirdilər. Şuşanın ticarətində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdılar. Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə məşhur idi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. XIX əsrin əvvəllərində burada müxtəlif növ parçalar istehsal edən 500-ə dək toxucu dəzgahı işləyirdi. Şuşa Azərbaycanda xalça istehsalının da mühüm mərkəzlərindən biri id. Şuşa xalçaları bədii xüsusiyyətlərinə görə iki böyük qrupa – ornamentli və süjetli xalçalara bölünürdü. XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Bundan sonra mənfur ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Ermənilər bu əməllərini 1918-1920-ci illərdə də təkrar etməyə cəhd göstərsələr də Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri tərəfindən dəf edildilər.

şuşa 3.jpg

Sovet hakimiyyətinin qurulması ilə Şuşanın çətin günləri başlandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu dağıdıldı.

şuşa.jpg

Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi.

Lakin Şuşada başlanmış bu dirçəliş uzun çəkmədi. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal prosesində Şuşanın tarixi-memarlıq abidələri erməni cəlladları tərəfindən dağıdıldı. Bu gün işğaldan 23 il keçir. Lakin əminik ki, dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində bu işğal çox çəkməyəcək.

56 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page