top of page

HƏMRƏYLİK GÜNÜMÜZÜN TARİXİ

tarixmuellimi

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq Azərbaycan tarixində milli birliyimizin rəmzinə çevrilmişdir.

1989-cu ilin soyuq dekabrın son günlərində ikiyə bölünmüş bir millət arasında sərhəd dirəklərinin dağıdılması həmrəyliyimizə, birliyimizə doğru atılan ilk addım oldu.

Müstəqilliyimizin ilk illərindən Azərbaycanın qarşısanda duran ən mühüm vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, xalqımızın adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, həmin ölkədə təbliğ etmək missiyasını həyata keçirmək, doğma vətənləri ilə daha möhkəm əlaqələr qurmaq kimi bir vəzifəni yerinə yetirməyə Azərbaycan naminə borclu idilər.

Ümummilli liderimiz Heydər Əliyev diaspor təşkilatlarının, müxtəlif səbəblərdən dünyanın hər yerinə səpələnmiş azərbaycanlıların milli birliyinin ölkəmiz üçün vacib olduğunu həmişə xüsusi vurğulayırdı. 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etmişdir. Heydər Əliyev deyirdi: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir".

Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, Azərbaycan cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı. Qurultaydan sonra diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı, "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edildi.

"Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda onlar da doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər" - deyən Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. 2007-ci il martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu, noyabrın 17-dən 19-dək keçirilən Türk dövlət və cəmiyyətlərinin 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı da birləşməyə doğru atılmış real addımlar oldu. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" həmvətənlərimiz qarşısında qoyulan vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində əhəmiyyətli rol oynadı.

2011-ci il iyulun 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Bu qurultay xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan icmalarının qarşısına yeni vəzifələr qoymaqla bərabər azərbaycanlıların milli birliyi və diaspor quruculuğu istiqamətində yeni səhifələr açdı.

22 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page