top of page

AZƏRBAYCAN TELEVİZİYASI

tarixmuellimi

Bu gün Azərbaycan televiziyasının yaranmasından 61 il ötür. 14 Fevral 1956 –cı ildə Azərbaycan Televiziyası fəaliyyətə başlayıb. İlk veriliş günü Nəcibə Məlikova çıxışına "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

İlk diktorlar

1956-cı ildə ekrana çıxan ilk diktorlar: Tamara Gözəlova, Gültəkin Cabbarlı, Nizami Məmmədov. Bir qədər sonra isə Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Gülşən Əkbərova, Aygül Qaradağlı, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Ruhəngiz Dadaşova və s.

İlk Verilişlər

İlk vaxtlar "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert salonlarında", "Məktəb və həyat", və s. bu kimi verilişlər efirə çıxıb.

İlk televizor barədə qısaca

"Televiziya" sözü yunan sözü olan "tele" (uzaq) və latın sözü olan "visio" (gör) sözlərinin birləşməsindən əmələ gəlib, "uzaqdan görmək" mənasını daşıyır. Dünyada ilk televizor 1923-cü ildə İngiltərədə yaradılıb. Con Logi Beyrdin hazırladığı televizorda ilk yayım 1926-cı ildə reallaşıb.O zaman televiziya ekranı ağ qara görüntülərdən ibarət olub.İlk rəngli televiziya verilişləri isə 1950-ci illərdə ABŞ-da meydana gəlib.

45 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page